Paşa-K

Paşa-K


  Website

https://www.pasha-k.az/about-cpmpany.html

  Number

0125713225


  Email

naila.mammadova@pasha-k.az


  Address

Bakı, Azərbaycan, Xətayi rayonu, Zığ Şosesi, Əbilov qəsəbəsi


  Description

“Paşa-K” firması hüquqi şəxs kimi 08 fevral 1996-cı il tarixində təsis edilərək, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Firma 20 ildir ki, əczaçılıq mallarının topdan və pərakəndə satışı ilə məşğuldur. Firma dərman preparatlarının və digər tibbi məhsulların topdan satışını həyata keçirmək məqsədi ilə Səhiyyə Nazirliyindən 20.10.2015-ci il tarixdə 086503 saylı lisenziya almışdır. Firma həmin lisenziyalar əsasında Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Qəbələ və Astara şəhərlərində pərakəndə satışını həyata keçirir. Firma dərman, qida əlavələri, tibbi ləvazımatları, zərdab və vaksinlərin saxlanılması üçün müasir tələblərə cavab verən, Avropanın standartlarına uyğun tikilmiş anbar binası və soyutma kamerasına malikdir. Anbar binası mərkəzi havalandırma və kondisioner sistemi ilə təchiz edilmişdir. Şirkətdə sifarişlərin alıcılara vaxtlı-vaxtında və keyfiyyətli çatdırılması üçün 35-dən çox tam yararlı olan nəqliyyat vasitələrinə malikdir ki, bunların da əksəriyyəti furqon tipli yük maşınlarıdır. “Paşa-K” firması geniş beynəlxalq əlaqələrə malikdir. Belə ki, firmamız “VEFA İLAC Pharmaceuticals”, “Sebapharma GmbH”, “İLKO İLAC”, “DEVA”, “Berlin Chemie”, “Pharma Zentrale”, "Medial D&P" LTD ilə əməkdaşlıq edir. “Sandoz D.D.”, “EGİS Pharmaceuticals”, “Farmsintez”, “Mosximpreparat im.Semaşko”, “Bukayev RU”, “Europharma”, “Lekxim”, “Omnifarma”, “Medibase SRL, “Biofarma S.A.”, “Grupo Reig Jofre”, “J.Uriach Company”, “İBSS Biomed S.A.”, “Sumerian Trade”, “Bilim İlac”, “Mersin İlac”, “Şahin Tibbi İlac”, “Borisovski zavod”, “Mega” və dünyanın digər tanınmış əczaçılıq şirkətləri ilə əməkdaşlıq edir. Eyni zamanda “Paşa-K” firması ölkə daxilində fəaliyyət göstərən, dərman preparatlarının topdan və pərakəndə satışı ilə məşğul olan firma və şirkətlərlə qarşılıqlı fəaliyyət göstərir. “Paşa-K” firmasının əsas məqsədi Respublikamızda səhiyyə sisteminə daxil olan qurumların, vətəndaşların zəruri, keyfiyyətli dərman preparatları ilə təmin etməkdən və nümunəvi xidmət göstərməklə müştəri məmnunluğunu qazanmaqdan ibarətdir. Firmanın qiymətli sərvəti isə bu məqsədə çatmaq yolunda bütün biliyini, bacarığını əsirgəməyən işgüzar kollektivdən ibarətdir.






Jobs


What is Salam Job?


SalamJob.az - it is an online platform for accurate and fast job or employee search that can benefit all labor market participants. The project provides users with a wide range of job advertisements and a resume database.


ABOUT US


The project started in 2021 and is currently one of the leading online resources in the labor market of Azerbaijan.

SalamJob.az - this is not a staffing company. The goal of the project is to create an opportunity for direct and operational communication between the employer and the potential employee.


ADVERTISING ON THE WEBSITE


SalamJob.AZ - This is one of the most popular and steadily developing Internet resources in Azerbaijan.

Thousands of people visit this site every day.

On our website we offer you 3 advertising packages.

Standard, Business, Premium